Evə gec gələn bacısını deşik-deşik etdi

Evə gec gələn bacısını deşik-deşik etdi

14 Fevral 2014 13:37
Bəyəndim (0) Bəyənmədim (0)
Qardaş zindana, bacı xəstəxanaya

Fevral ayının 13-dən 14-ə keçən gecə Binəqədi rayonunda qardaş bacısını bıçaqlayıb.Binəqədi rayon polis bölməsindən verilən məlumata əsasən gecə 1-2 radələrində Binəqədi rayon, Biləcəri qəsəbəsi H.Məlik-Aslanov küçəsində yerləşən evdə 1983-cü il təvəllüdlü Ədilə Veystani evə 12-dən keçmiş gəldiyi üçün münaqişə yaranıb.Qızın qardaşı 1977-ci il təvəllüdlü Bəhruz Veystani evə gec gəlmə səbəbini soruşub, qız cavabında rəfiqəsi ilə olduğunu söyləyib. B.Veystani bacısının davranışına qəzəblənərək ona iki bıçaq zərbəsi vurub: zərbələrdən biri döş nahiyəsinə, digəri isə sol əlinə dəyib. 31 yaşlı Ədilə Veystani xəstəxanaya çatdırılıb, bundan sonra polis bölməsində olanlardan xəbər tutublar. 6-cı Polis bölməsinin əməkdaşları Veystani ailəsinin yaşadığı evə gəliblər. Əvvəlcə qardaş törətdiyi əməldən imtina etsə də, sonradan günahını boynuna alıb.

Onun sözlərinə görə, tərbiyəli ailədən olan qız o saatda evə gəlməz. Zərərçəkmiş isə qeyd etdi ki, ilk dəfə idi evə gec gəlirdi.Fakt üzrə cinayət işi açılıb.