Fatmayıda həyətyanı sahədən xaşxaş kolları aşkar edilib

Fatmayıda həyətyanı sahədən xaşxaş kolları aşkar edilib

27 May 2011 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Fatmayı qəsəbə sakini Fuad Kazımov saxlanılıb. Saxlanılan şəxsin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 130 ədəd xaşxaş kolu aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb.

Nə əkərsən, onu da biçərsən.

Tofiq Əliyev

O.M.