Qanlı eşq hekayəsi

Qanlı eşq hekayəsi

13 Fevral 2014 16:27
Bəyəndim (0) Bəyənmədim (0)
Ötən ilin aprel ayında Masallıda baş verən dəhşətli intiharın təfərrüatları məlum olub

2013-cü il aprel ayının 2-də, gecə saatlarında Masallı rayonu Şərəfə kəndində 20 yaşlı Röyal Həsənov ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İntihar edən gəncin bibisi Dilbər Həsənova ans-ə açıqlamasında intiharın səbəblərini danışıb. Onun sözlərinə görə, Röyal Həsənov sevdiyi qız üstündə özünü güllələyib.
Belə ki, Röyal Həsənov qonşuluqda 17 yaşlı C.V.adlı qızı sevib. Qız da ilk vaxtlar onunla yaxşı münasibətdə olub. Ona ərə gəlməyə razılıq verib. Bu vaxtlar Yardımlıdan olan 18 yaşlı B.V. Röyal ilə tanış olub. Bir müddət sonra B.V. Röyal tərəfindən zorlandığını deyib. Qız bu barədə polisə şikayət edib. Qızın şikayəti əsasında araşdırmalara başlanıb. Araşdırmalar zamanı iddianın həqiqətə uyğun olmadığı məlum olub.
Keçirilin tibbi müayinə zamanı B.V.-nin zorlanmadığı məlum olub. Bundan sonra Röyal Həsənovun üzərindən ittiham götürülüb. Lakin gəncin sevdiyi C.V. ona ərə gəlməkdən imtina edib. C.V. bildirib ki, başqa bir oğlana ərə gedəcək.
Sevdiyi qızın ona inanması və C.V.-dən ayrılmaq istəmədiyi üçün Röyal Həsənov canına qəsd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.