Belarusda adam öldürən Bakıda tutuldu

Belarusda adam öldürən Bakıda tutuldu

11 Fevral 2014 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Qaçaraq gizlənən şəxsi Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları saxlayıb

Belarus Respublikasında insan ölümündə günahlandırılan və uzun müddətdir axtarışda olan şəxsi polis tuta bilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Həsən Əliyev Bakıda tutulub.
Onu Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları saxlayıb.
Qeyd edək ki, Həsən Əliyev Belorus Respublikası Cinayət Məcəlləsinin 139-cu maddəsi (qəsdən adam öldürmə) ilə uzun müddət axtarışda olub.
Faktla bağlı araşdırma aparılır.