Ana ilə qızına 50 bıçaq vurdular

Ana ilə qızına 50 bıçaq vurdular

10 Fevral 2014 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə ana ilə qızı naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, naməlum şəxs və ya şəxslər, şəhərin Atatürk prospektində yerləşən 265 saylı binada 30 saylı mənzilə girərək orada yaşayan 58 yaşlı Kəmalə Mehdiyevaya 5 bıçaq, onun qızı 33 yaşlı Şəmsiyənur Mehdiyevaya isə 20 bıçaq zərbəsi vurublar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.