Üç dayısını diri-diri yandıran şəxs: “Təhqirlərə dözə bilməyib, onları öldürməyə qərar verdim”

Üç dayısını diri-diri yandıran şəxs: “Təhqirlərə dözə bilməyib, onları öldürməyə qərar verdim”

7 Fevral 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda baş verən dəhşətli hadisənin səbəbləri məlum olub.

Sumqayıt Şəhər Prokurorluğundan Apa-ya verilən məlumata görə, hadisənin baş verməsinə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub.

Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.

Prokurorluqdan həmçinin bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.