Qatil oğulun şikayəti təmin edilməyib

Qatil oğulun şikayəti təmin edilməyib

6 Fevral 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə, atasını isə ağır yaralamaqda təqsirləndirilən Aqil Mirzəyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, A. Mirzəyev 75 yaşlı atası Nəriman Mirzəyevə və 72 yaşlı anası Tərlan Mirzəyevaya kəsici alətlə çoxsaylı xəsarətlər yetirib.

Bundan sonra A.Mirzəyev evi yandıraraq hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ərlə arvad yanan evdən çıxarılsa da, qadının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Mirzəyev 15 il müddətinə azadlıqdan məhrum edilib.