Masallıda qonşusunun əmlakını zorla talayan yaxalanıb

Masallıda qonşusunun əmlakını zorla talayan yaxalanıb

6 Fevral 2014 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Masallı rayonunda zor tətbiq etməklə özgəsinin əmlakını talayan şəxs yaxalanıb. Bu barədə Apa -nın cənub bürosuna Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Teymur Ələkbərov məlumat verib.

Onun sözlərinə görə, hadisə axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb. Neftçala şəhərində pasport qeydiyyatında olan, hazırda Boradigah qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Şakir Feyruz oğlu İsmayılov özgəsinin əmlakını talamaq məqsədilə qonşuluqda yaşayan Boradigah qəsəbə sakini, 1963-cü il təvəllüdlü Sara Nəriman qızı Kəlbiyevanın evinə girərək, ev sahibinə qarşı zor tətbiq etməklə onun 300 manat pulunu mənimsəyib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.İsmayılov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 181.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.