Müəllimənin evindən yarım milyonluq oğurluq

Müəllimənin evindən yarım milyonluq oğurluq

5 Fevral 2014 11:20
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda mənzildən 350 min manat pul, 150 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən verilən məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.Polisdən həmçinin bildirilib ki, R. Məmmədova paytaxt ərazində 45 saylı məktəbdə ədəbiyyat müəlliməsi işləyir.Daxil olan məlumatlar əsasında araşdırmalara başlanılıb.