Gəncədə 25 yaşlı oğlanın döşündən yaraladılar

Gəncədə 25 yaşlı oğlanın döşündən yaraladılar

4 Fevral 2014 10:50
504
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə bıçaqlanma olub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Rövşən Qasımov döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Təcili əməliyyat edilən 25 yaşlı gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir. Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Məlum olub ki, R. Qasımovu şəxsi münasibətlər zəminində onunla mübahisə edən şəhər sakini, 1986-cı il təvəllüdlü Fəxri Qurbanov bıçaqlayıb.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.