Qonşular arasında qan düşdü

Qonşular arasında qan düşdü

26 May 2011 00:59
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 24-də Sumqayıtda saat 21.20-də qonşular arasında insident baş verib. Sumqayıt Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, şəhərin 8-ci mikrorayonunda yaşayan Pərviz H. oğlu Məmmədov /1988-ci il təv./ qonşusu Vaqif F. oğlu Həsənova bıçaq zərbəsi endirmişdir. Qarın nahiyəsindən yaralanmış 23 yaşlı gənc şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılmışdır. Klinikanın baş həkimi Vaqif Qəhrəmanovun sözlərinə görə, Vaqif Həsənovun vəziyyəti hazırda sabitdir. Aparılmış axtarış-əməliyyat tədbirləri nəticəsində Pərviz Məmmədov saxlanılmışdır. Təhqiqat aparılır.

Könül Aypara