Narkotiklə tutulmuş şəxsin digər cinayəti müəyyən edildi

Narkotiklə tutulmuş şəxsin digər cinayəti müəyyən edildi

25 May 2011 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ruslan Gülbabayevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun digər cinayət əməli də müəyyən edilmişdir. Belə ki, aparılan cinayət-axtarış tədbirləri nəticəsində R.Gülbabayevin şəhərin 9-cu mikrorayon ərazisində, Ramin Mahmudova məxsus mağazadan 1600 manatı və 500 manat dəyərində elektrik mallarını oğurlaması da müəyyən edilmişdir. Onun başqa cinayətlərdə əli olduğu da güman edilir.

Bir azdan deyəcəklər, Ben Ladeni də sən öldürmüsən...

Tofiq Əliyev

O.M.