Bakıda ölümlə nəticələnən qəza baş verib

Bakıda ölümlə nəticələnən qəza baş verib

6 Aprel 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Pərviz Əhmədovun idarə etdiyi "Toyota Prado" markalı maşın yolun əks istiqaməti ilə hərəkət edən, İntiqam Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Qəza zamanı "Toyota Prado" aşaraq yol kənarında duran 49 yaşlı Rahilə Dadaşovaya dəyib. Piyada aldığı xəsarətdən yerindəcə keçinib. Faktla bağlı polis araşdırma aparır.