Orta məktəbdə bıçaqlanma olub

Orta məktəbdə bıçaqlanma olub

6 Aprel 2011 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad şəhərinin 7 saylı orta məktəbində bıçaqlanma hadisəsi baş verib. 8-ci sinif şagirdi 10-cu sinif şagirdini bıçaqlayaraq qətlə yetirib.

Qətlə yetirilən şagirdin qohumları hadisədən sonra hadisəni törətməkdə şübhəli bilinən şagirdin evinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Onlar məktəbdə təhlükəsizliyə nəzarət olunmamağına etiraz ediblər.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisəyə səbəb hər iki şagirdin kiçik qardaşları arasında baş vermiş mübahisə olub. Kiçiklərin söhbətinə qarışan böyük qardaşların söhbəti isə qanla nəticələnib. Balaca qardaşlar arasında mübahisənin nə üstündə olduğu isə bilinmir. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır