İş adamını şosedə soyublar

İş adamını şosedə soyublar

24 May 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın Domodedovo rayonunda maskada olan naməlum şəxslər silahlı zor tətbiq etməklə iş adamını qarət ediblər. Tambov şəhərindən olan iş adamı milis şöbəsinə gələrək, "Moskva-aeroport Domodedovo" şosesinin 35-ci km-də milis əməkdaşları geyimində olan adamların onun avtomobilini saxlayaraq pullarını: 5 milyon dollar və 12 milyon rubl - əlindən aldıqlarını bildirib. Sonradan onlara başqa bir "inomarka" maşın da yaxınlaşıb. Naşından düşən 8 nəfər AKM və iki tapança çıxararaq iş adamını və onun mühafizəçisini döyüblər. Pulları ələ keçirən quldurlar maşınlara əyləşərək aradan çıxıblar. İsti izlərlə hüquq işçiləri quldurları yaxalaya bilməyiblər. Kriminalistlərin versiyasına görə, iş adamının böyük miqdarda pul apardığı haqqında kimsə "nakolka" - xəbər verib.

Tambovlu iş adamının halına acımıram. Bir belə pulu yəqin ki, haram yolla qazanmışdı. Oğrudan oğruya halaldır.

Bəhram Mustafabəyli

O.M.