Ekologiya Postunda qəza baş verdi

Ekologiya Postunda qəza baş verdi

22 May 2011 19:09
Bəyəndim (0) Bəyənmədim (0)
Bu dəqiqəyə olan məlumat

Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunun Ekologiya Postu adlanan ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə gələn "Mercedes" markalı maşın "Lada 2107" markalı maşını arxadan vurub, ikinci də öz növbəsində yolu keçən piyadaya dəyib. Hadisə zamanı ölən olmasa da, piyada ağır yaralanıb və hal-hazırda təcili yardım maşınının hadisə yerinə gəlişi gözlənilir. Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.


Bir yerə gecikirsənsə, tələsmə. Çünki tələssən, daha çox gecikəcəksən...


Tofiq Əliyev


O.M.