Xırdalanda hədə-qorxu ilə ev soyulub

Xırdalanda hədə-qorxu ilə ev soyulub

20 May 2011 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Abşeron rayonu ərazisində məktəbliyə qarşı quldurluq edilib. Cinayət hadisəsi Xırdalanda törədilib. Belə ki, üç nəfər 9-cu sinif şagirdi Kamran Cəlilovu yarımçıq tikiliyə aparıb, əl-qolunu bağlayıb. Sonra da cibindən evin açarını götürüblər. Beləcə, həmin mənzilə gedərək axtarış aparıblar. 300 manat pul və 2000 manat dəyərində qızıl əşyaları oğurlayıblar.



K.Cəlilov polisə verdiyi ifadəsində ona qarşı cinayət törədən şəxslərdən birini tanıdığını bildirib. Onun sözlərinə görə, cinayətkarlardan biri yaxın günlərdə Xırdalanda tanış olduğu Vahid adlı şəxsdir. Polis əməkdaşları Vahidi tutmağa nail olmasa da, quldurluqda şübhəli bilinən bir başqasını ələ keçirə biliblər. Niyazi dindirmə zamanı cinayətin təşkilatçısının Vahid olduğunu deyib. Lakin istintaq zamanı ilk olaraq məhz onun Vahidə zəng edib çağırdığı müəyyən edilib. Hazırda cinayətin iştirakçılarının tutulması istiqamətində iş aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq (181-ci) maddəsi ilə cinayət işi başlanıb.


Əlbir olub bir ayı bir şir ilə...

Könül Aypara

O.M.