Eduard Kokoytanın iki mühafizəçisi güllələndi

Eduard Kokoytanın iki mühafizəçisi güllələndi

20 May 2011 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Osetiyanın prezidenti Eduard Kokoytanın iki mühafizəçisi qətlə yetirilib. Vladiqafqaz şəhərindəki "Retro" klubunda 35 yaşlarında bir kişi ilə mübahisədə mühafizəçilər Alim Kabulov və Oleq İkayev güllələniblər. Şahidlərin ifadələrinə görə, mühafizəçilərdən biri dava zamanı silah çıxarıb. Lakin rəqib tapançanı qaparaq hər iki mühafizə əməkdaşına atəş açıb. Zalda başqa adamlar da olublar. Ancaq onlardan kimsəyə xətər toxunmayıb. Şübhəli şəxs könüllü olaraq özünü hüquq mühafizə orqanlarına təslim edib. Onu ömürlük həbs cəzası gözləyir.

Faktla bağlı cinayət işi qaldırılıb.

Başqasının canını mühafizə etməli olduqları halda öz canlarını mühafizə edə bilmədilər...

Bəhram Mustafabəyli

O.M.