Keçmiş deputatlığa namizəd əsgərlikdən yayınsa da....

Keçmiş deputatlığa namizəd əsgərlikdən yayınsa da....

18 May 2011 20:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Gəncə şəhər Nizami rayon Məhkəməsində keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin işi üzrə yekun proses keçirilib. Prosesdə Bəxtiyar Hacıyevə hökm oxunub. Vəkil Elçin Namazov bildirib ki, hakim Emin Axundov B.Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Vəkil qərardan apelyasiya şikayəti veriləcəyini bildirib.

Xatırladaq ki, B.Hacıyev CM 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli hesab olunub. Dövlət ittihamçısı mayın 10-da keçirilən prosesdə B. Hacıyevə 2 il həbs cəzası istəmişdi.

Könül Aypara