Yenilənib-Polisin polisi öldürməsinin səbəbləri məlum olub

Yenilənib-Polisin polisi öldürməsinin səbəbləri məlum olub

18 May 2011 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə polis zabitinin törətdiyi qətlin təfərrüatları məlum olub. Məlumata görə, qətli törədən polis kapitanı İnqilab Sadıqov ilkin dindirmə zamanı kirvəsi Mehdi Həsənovu öldürməsinin səbəblərini açıqlayıb. İ.Sadıqov ifadəsində göstərib ki, M.Həsənov onun tabeliyində olan ərazidə xidmət aparıb. Dəfələrlə ona tapşırıq versə də, yerinə yetirməyib, hətta kobud cavab verib. Hadisə baş verən gün də verilən tapşırığı yerinə yetirməyib. Bunun üstündə mübahisələri düşüb və nəticədə qanlı hadisə baş verib.


Xatırladaq ki, hadisə mayın 17-də saat 14.00 radələrində Gəncə şəhərinin Avtozavod adlandırılan ərazisində qeydə alınıb. Kəpəz rayon Polis Şöbəsinin sahə müvəkkili polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib. Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.


Kirvə qan qohumu sayılır. Bu qohumluq isə qanla bitdi...

Könül Aypara

O.M.