Dünən qeydə alınan avtoqəzalar

Dünən qeydə alınan avtoqəzalar

18 May 2011 12:15
Bəyəndim (0) Bəyənmədim (0)


Dünən Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 49-cu km-də İİR vətəndaşı Mağsadğaleh Mohammadtağının idarə etdiyi "İnternational" markalı, 15 A 424-10 qeydiyyat nişanlı yük avtomobili qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan, Salyan sakini Əhmədov Soltan D.oğlunun idarə etdiyi "Qaz-24" markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə "Qaz-24"ün sürücüsü və həmin avtomobildə olan Abbasov Farəddin A.oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, həmin avtomobildə olan digər sərnişinlər Ədilov Natiq, İbrahimov Namiq və Abbasov Elvin xəsarət alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsalar da, Elvin və Namiq aldıqları xəsarətlərdən ölmüşlər.

Digər yol-nəqliyyat hadisəsi Xızı rayonunun Sitalçay qəsəbəsi ərazisində yerləşən dəmiryol keçidində qeydə alınmışdır. 1957-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Fərhad Hüseyn oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı 10 ZT 218 dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı-Tümen marşrutu üzrə hərəkət edən qatarla toqquşmuşdur. Nəticədə avtomobilin sürücü və sərnişin 1959-cu il təvəllüdlü Hüseynov İlfan Cümşüd oğlu hadisə yerində ölmüşlər.


Həyat yolları kəsişir. Avtomobil yollarında ehtiyatlı olsaq, kəsişmə nöqtəsi qəza adlanmaz...

Könül Aypara

O.M.