Çavuş əsgəri qətlə yetirib, intihar etdi

Çavuş əsgəri qətlə yetirib, intihar etdi

18 May 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə qətl hadisəsi qeydə alınıb. Milli Ordunun kiçik çavuşu 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu avtomat silahla qətlə yetirib. Daha sonra E.Əliyev özünü öldürüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, hadisəni törədən E.Əliyev Ordubad, T.Abdullayev isə Şərur Rayon Hərbi komissarlıqlarından hərbi xidmətə çağırılıblar.


Törətdiyi cinayəti öz qanı ilə yudu...

Tofiq Əliyev

O.M.