Fransalılar Stross Kanın sifarişlə tutulduğunu bildirirlər

Fransalılar Stross Kanın sifarişlə tutulduğunu bildirirlər

18 May 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa əhalisinin əksəriyyəti Amerikada seksual zorakılığa görə həbs olunan Domenik Stross Kanın işini quraşdırma əməliyyat hesab edirlər. Aparılan sorğular nəticəsində bəlli olub ki, əhalinin 57 %-i məhz bu fikirdədir. 37 % isə Amerika polisini günahkar bilmir. 11 % cavabdan imtina edib. Bundan başqa, 57% Sosialist partiyasının nümayəndələrinin öz əməllərində qanuna düzgün riayət etdiklərini, ədəbli olduqlarını vurğulayıblar. Sorğuda 18 yaşından yuxarı olmaqla 1007 respondent iştirak edib. Amerika prokurorluğu Fransa prezidentliyinə Sospartiyadan potensial namizəd olan Stross Kana 6 bənddən ibarət cinayət işi açıb. Onlardan 5-i seksual xarakterlidir. Jurnalistlərin fikrincə, Domeniki 74 il 3 ay həbs cəzası gözləyir. Hazırda Stross-Kanı Nyu-Yorkdakı istintaq təcridxanasında saxlayırlar. Növbəti məhkəmə prosesi mayın 20-nə təyin olunub.


Kişi "kişiliyinə" qurban getdi...

Bəhram Mustafabəyli

O.M.