Rusiyada öldürdüyü dostunu yeyən adam tutulub

Rusiyada öldürdüyü dostunu yeyən adam tutulub

17 May 2011 18:01
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya polisi paytaxt Moskvanın müxtəlif bölgələrində bir insana aid baş və bədənin müxtəlif hissələrinin tapılmasından sonra başlatdığı araşdırmada tükürpərdici bir hadisə ilə qarşılaşıb. Səlahiyyətlilərdən biri rus xəbər agentliklərinə verdiyi məlumatda bildirib ki, istintaq nəticəsində Nikolay Şedrin adındakı şübhəli tutularkən, polis onu nəzarətə almaq üçün evinə getdiyində o, insana aid ciyəri kartofla birlikdə yeyirmiş. Şedrinin evində aparılan axtarışda ciyərin geri qalan hissəsinin soyuducuda olduğu aşkara çıxıb. Şübhəlinin dostunu hansı səbəbdən öldürdüyü hələ məlum deyil. Baş Prokurorluğun İstintaq Bürosundan verilən məlumata görə, şübhəli ilk sorğusunda günahını etiraf edərək, öldürdüyü yoldaşının ciyərini yediyini etiraf edib. Şedrin polisə yoldaşını öldürdükdən sonra parçaladığı cəsədin bir qismini çaya atdığını, bir qismini də soyuducuda saxladığını bildirib.


Dost dostun ətini yesə də, sümüyünü atmaz.

Tofiq Əliyev

O.M.