Sumqayıtda "Mədh" kilsəsi dini icmasının üzvləri saxlanılıb

Sumqayıtda "Mədh" kilsəsi dini icmasının üzvləri saxlanılıb

17 May 2011 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 15-də saat 11.00 radələrində Sumqayıt şəhəri ərazisindəki "Göygöl" restoranında "Mədh" kilsəsi dini icmasının baş məsləhətçisi Bakı şəhər sakini Elçin Paşayev və arvadı Afər icmanın 40 nəfər üzvü ilə birgə toplantı keçirdiklərinə və provoslav təriqətini qanunsuz olaraq təbliğ etdiklərinə görə Sumqayıt ŞPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən saxlanılmışlar. E.Paşayev, Afər və 12 nəfər icma üzvü 4-cü PB-nə gətirilmişlər. E.Paşayev və Afər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət gəstərməsi) maddəsi ilə protokol tərtib olunmuş, icmanın üzvləri ilə profilaktiki söhbətlər aparıldıqdan sonra buraxılmışlar.

Tofiq Əliyev

O.M.