Kuçma: “Xadarkovskini sifariş əsasında bıçaqladım”

Kuçma: “Xadarkovskini sifariş əsasında bıçaqladım”

16 May 2011 19:45
Bəyəndim (0) Bəyənmədim (0)

Krasnokamensk həbs düşərgəsinin sabiq məhbusu Aleksandr Kuçma 2006-cı ildə Mixail Xadarkovskiyə təzyiq altında hücum etdiyini bildirib. Lakin kimin təhriki ilə bu cinayəti törətdiyini açıqlamayıb: "Hadisələrin necə baş verdiyini yalnız alacağım pul müqabilində danışaram. Məhbəsdə oturduğum 7 il müddətində sağlamlığım olduqca korlanıb. Pul mənə müalicə üçün lazımdır". Pul veriləcəyi təqdirdə Kuçma başqa maraqlı olaylardan da danışacağını dilə gətirib: " Xadarkovskini öz xoşumla bıçaqlamadım. Sifarişçi mənə yarım milyon rubl borcludur. Lakin mən məhkəməyə müraciət yazmışdım". Jurnalistlər güman edirlər ki, Kuçma yalan söyləyir. 7 sinif təhsili olmadığı halda Kuçmanın etiraflarında bircə dənə də səhv yoxdur.


Əvvəl deyirdilər ki, nitq insanlar arasında ünsiyyət vasitəsidir. Sən demə, pul insanlar arasında ünsiyyət vasitəsi imiş...

Bəhram Mustafabəyli

O.M.