Rusiyanın "Ben Ladeni" İstanbuldadır?

Rusiyanın "Ben Ladeni" İstanbuldadır?

16 May 2011 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ben Ladeni olaraq bilinən çeçen Doku Umarovun Türkiyədə gizləndiyi müəyyən edilib. Rus Kəşfiyyat Xidməti şəkər xəstəsi olan Umarovun bir müddətdir müalicə səbəbi ilə Türkiyədə olduğu ehtimallarını dəyərləndirir. Rusların bu mövzuda türk həmkarlarından da kömək istədiyi öyrənilib.


Umarov Rusiyada Domodedovo hava limanında terror törətmiş və nəticədə 36 adam ölmüşdü. O, Rusiyanın Qafqaz bölgəsində İslam dövləti qurulana qədər hücumlarını davam etdirəcəyini bildirmişdi. Hətta sonradan bəlli olmuşdu ki, sən demə, Moskva metrosunda həyata keçirilən və 39 adamın həyatını itirdiyi terror hücumu da məhz onun "məhsuludur".


Günahsız insanların canına qıyan terrorçu indi öz canının hayındadır.

Günel Həbib

O.M.