İspaniya şokdadır!

İspaniya şokdadır!

16 May 2011 15:28
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənə böyük bıçaq lazımdır"

İspaniyanın tətil cənnəti adası Tenerife yüzlərcə insanın gözü önündə bir qadının vəhşicə qətl edilməsinin şokunu yaşayır. Dünən baş verən hadisədə ruh sağlamlığı yerində olmayan bolqar Deyan Deyanov uzun müddətdir izlədiyi Mils Vestley adlı 60 yaşlı qadının başını yerindən qoparıb. Qadını izləyən cani onun ardınca super-marketə daxil olub. Dükanın sahibinə tərəf dönərək, "Mənə böyük bıçaq lazımdır", - deyə bildirib. Küçələrdə özünün Tanrı olduğunu bağıraraq bəyan edən Deyanov rəfdən iri bir bıçaq götürüb. Sonra da 5 nəvə sahibi olan Vestleyin başına 14 zərbə endirərək, onu yerindən qopardıb. Polis işçiləri tərəfindən elə dərhal yaxalanan cinayətkar etdiyi hərəkətin cəzasını çəkmək məcburiyyətində qalacaq. İspanlar son zamanlar Karib adalarında ingilislərin sayının və özlərinə istiqamətli bu tip hücumların artdığına diqqət çəkib.


Başı yoxdur ki, günahsız qadının başını kəsib, öz başını bəlaya soxub...

Günel Həbib

O.M.