Arvadını və qızını öldürəndən sonra intihar etdi

Arvadını və qızını öldürəndən sonra intihar etdi

16 May 2011 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala şəhərində yaşayan 47 yaşlı Xuraman Kərimova və onun qızı 22 yaşlı Zərifənin meyitləri mənzillərində tapılmışdır. Onların odlu silahdan açılmış atəşlə qətlə yetirildiyi məlum olmuşdur. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi təsdiqlənib. Belə ki, hadisənin X.Kərimovanın sərxoş halda olan əri Azər Kərimov tərəfindən törədilməsi və "Mitsubishi" markalı avtomaşınla hadisə yerindən qaçması, sonradan isə evinin qarşısına qayıdaraq özünü də odlu silahdan öldürməsi müəyyən edilmişdir. Zaqatala RPŞ əməkdaşları hadisə yerindən 1 ədəd "AKMS" markalı avtomat silahı və 21 ədəd güllə götürmüşlər.

"Odlu silahın odu ilə öz ailəsini kül etdi"

Tofiq Əliyev

O.M.