Qızıl mağazasından oğurluğa cəhd göstərmiş şəxs tutulub
DİN Baş Mühafizə İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qarayev prospektində Nurməmməd Məmmədova məxsus qızıl mağazasından oğurluğa сəhd göstərmiş Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məmməd Qasımov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 11-də Q.Qarayev prospektində Habil Süleymanova məxsus aptekdən 346 manat dəyərində dərman preparatlarını, Mahir Abbasova məxsus mağazanın kassasından 80 manatı və 79 №-li xətt avtobusunda Əvəz Bayramovun mobil telefonunu və 28 manatını oğurlaması da müəyyən edilmişdir.
"Qızıl oğurlamaq istəyən şəxs, qızıldan dəyərli vaxtını həbsxanada keçirəcək"
Tofiq Əliyev
O.M.
Digər xəbərlər







































.jpg)
.jpg)
.jpg)

























.jpg)








.jpg)

















