Qana qan...

Qana qan...

31 Avqust 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
“Vor zakonun” 10 il əvvəl törətdiyi əməl unudulmadı

Dünən Bakının Sabunçu rayonunun 12-ci polis bölməsinin əməkdaşları "Qara Tofiq" kimi tanınan 1952-ci il təvəllüdlü kriminal avtoritet Həsənov Tofiq Əli oğlunun qətlində şübhəli bilinən şəxsi saxlayıblar. Oxumeni.az bu barədə Sabunçu rayon Polis İdarəsindən bildiriblər. Xatıraldaq ki, cinayət əvvəllər "Komsomol dairəsi" adlanan, Aydınbəyov küçəsi 27-də yerləşən ünvanda baş verib. Axşam saat 11 radələrində, Həsənov evinə yaxınlaşarkən naməlum şəxs "Makarov" tipli tapança ilə yaxın məsafədən ona beş dəfə atəş açıb.Həsənov qarın, sinə və başından aldığı beş güllə yarasından yerindəcə keçinib ."Qara Tofiq" əvvəllər həbsdə olub.Əldə olunan məlumata görə, saxlanılan şəxs 1972-ci il təvəllüdlü Abbasov Güloğlan Cəfər oğludur. Əməliyyatçılar hadisə yerindən qətlin törədildiyi silahı – "Makarov" tipli tapançanı da aşkarlayaraq, götürüblər. Abbasov bildirib ki, Həsənov qisas almaq üçün öldürüb. Belə ki, təxminən 10 il əvvəl Həsənov Abbasovun əmisini öldürübmüş. /vesti/

O.M.