Qobustanın keçmiş icra başçısı həbs edildi

Qobustanın keçmiş icra başçısı həbs edildi

30 Avqust 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Qobustan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rafiq Alışov həbs olunub. Avqustun 29-da Xəzər Rayon Məhkəməsi Rafiq Alışov barəsində həbs qətimkan tədbiri seçib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə dələduzluqda ittiham olunur.Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi 7 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.Rafiq Şıxməmməd oğlu Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. /"Media forum"/

O.M.