Bank kreditini ödəyə bilməyən 33 yaşlı İsmayıllı sakini özünü asdı

Bank kreditini ödəyə bilməyən 33 yaşlı İsmayıllı sakini özünü asdı

30 Avqust 2013 13:18
Bəyəndim (0) Bəyənmədim (0)
O intihardan əvvəl məktub yazıb

İsmayıllının Talıstan kəndində intihar hadisəsi baş verib. Şahidlərin verdiyi məlumata görə, dünən axşam saatlarında 33 yaşlı Rahim adlı kənd sakini yaşadığı evin həyətində özünü asıb. Mərhumun müxtəlif banklara 180 min manat məbləğində bank kreditini ödəməkdə çətinlik çəkdiyi üçün intihar etdiyi güman edilir. İki azyaşlı uşaq atasının ölümündən əvvəl yazdığı məktub bu ehtimalı təsdiq edir. Faktla başlı İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

O.M.