Azərbaycanda toyda güllələnmə

Azərbaycanda toyda güllələnmə

30 Avqust 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)
İki nəfərin vəziyyəti ağırdır

Balakəndə toy mərasimində silahlı insident baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə rayon mərkəzində yerləşən "Nərmin" Şadlıq Evinin qarşısında qeydə alınıb.Toy mərasiminə qonaq qismində qatılan bir neçə nəfər arasında mübahisə düşüb. Sərxoş vəziyyətdə olan həmin şəxslər məclisi tərk edərək şadlıq evinin qarşısında mübahisələrini davam etdiriblər.Nəticədə rayonun Qullar kənd sakini İbrahim Muqumov tapança ilə iki həmkəndlisini - 1978-ci il təvəllüdlü Səbuhi Ağaisa oğlu Rəhimov və 1976-cı il təvəllüdlü Müsənnif İsa oğlu Lahıcovu güllələyib. Hər iki şəxs ağır yaralı vəziyyətdə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Hadisəni törədən İ. Muqumov saxlanılıb.Xəstəxanadan verilən məlumata görə, qarın boşluğundan güllə yaraları alan hər iki şəxsin vəziyyəti ağır olaraq qalır.Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

O.M.