Şəmkirdə 16 yaşlı oğlanı bıçaqladılar

Şəmkirdə 16 yaşlı oğlanı bıçaqladılar

28 Avqust 2013 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə saat 01:00 radələrində Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Oxumeni.az-ın "Kapaz TV"yə istinadən verdiyi məlumata görə, 16 yaşlı Pərvin İsmayılov kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə, Pərvin İsmayılovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hazırda cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri aparılır.

O.M.