Qana bələnmiş meyit tapıldı

Qana bələnmiş meyit tapıldı

28 Avqust 2013 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonu ərazisində çoxsaylı bıçaq xəsarətlərilə öldürülən kişi meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daş karxanası küçəsində tapılan meyitin Ordubad rayon sakini Rasim Nağıyevə məxsus olduğu məlum olub.Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Əsgərov tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.