Beyləqanda oğul atasını güllələdi

Beyləqanda oğul atasını güllələdi

26 Avqust 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda oğul atasını güllələyərək qətlə yetirib.

Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə. Qurbanov tutulub.Ondan müvafiq sənədləri olmayan 1 ədəd "BUM" markalı ov tüfəngi götürülüb.

O.M.