Azərbaycan Texniki Universitetinin yataqxanasında bıçaqlanma olub

Azərbaycan Texniki Universitetinin yataqxanasında bıçaqlanma olub

24 Avqust 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

akıda iki məcburi köçkün naməlum şəraitdə bıçaqlanıb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə avqustun 24-də saat 01.00 radələrində rayonun Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasında qeydə alınıb.Həmin yataqxanada məskunlaşan Fizuli rayonundan olan məcburi köçkünlər - 1986-cı il təvəllüdlü Şahlar Vaqif oğlu Zeynalov və 1984-cü il təvəllüdlü Xəyyam Akif oğlu Əliyev naməlum şəraitdə bıçaqlanıblar.Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

O.M.