Meqapolislərdə “priton”lar leqallaşdırılacaqmı?

Meqapolislərdə “priton”lar leqallaşdırılacaqmı?

12 May 2011 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvadakı Leninqrad prospektində hüquq qaydalarını qoruyan sahə müvəkkili 62 saylı evdə kirayədə yaşayan 30 yaşlı qırğız qadının yanına hər axşam müxtəlif millətlərdən olan qonaqların gəlmələrindən şübhələnərək yoxlama aparıb. İki otaqlı mənzildə fransız "priton"unun mənzərəsini görən milis əməkdaşı pasportları yoxlayarkən aydınlaşıb ki, 26 yaşlı Oksana Ukraynadan, 23 yaşlı Karina Ermənistandan, 40-ı haqlayan Marusya isə Moldovadandır.

Aydın olub ki, qırğız "Mama Roza" artıq 8 aya yaxındır "cəmiyyət evi"nə rəhbərlik edir və bu müddət ərzində yaxşıca qazanıb.

Fahişəxana saxladığına görə, bordel sahibəsi milis bölməsinə aparılıb və barəsində RF CM-nin 241-ci maddəsi ilə cinayət işi qaldırılıb.

İttifaq dağılandan sonra nəinki Moskvada, Rusiya və başqa respublikaların bütün meqapolislərində belə "priton"lar payızda bitən göbələklər kimi hər tərəfi bürüyüb. Bəlkə, bu işi Fransadakı kimi leqallaşdırsınlar?

"Mama Roza"nın "roza"sı solub.

Bəhram Mustafabəyli

O.M.