Biləsuvarda torpaq üstündə qan düşdü

Biləsuvarda torpaq üstündə qan düşdü

22 Avqust 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar rayonunda 2 kənd sakini arasında baş vermiş mübahisə bıçaqlanma ilə nəticələnib.
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, Biləsuvar rayon Ağalıkənd kənd sakini 1987-ci il təvəllüdlü Eldar Mətləb oğlu Dadaşov həmkəndlisi 1973-cü il təvəllüdlü Emin Sabir oğlu Bayramov ilə torpaq sahələrininin suvarılması üstündə mübahisə ediblər. Daha sonra Emin Bayramov üzərində gəzdirdiyi qəssab bıçağı ilə Eldarın ürək nahiyyəsinə zərbə endirib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstə əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, bıçaq xəstənin ürəyinini zədələdiyi üçün onun vəziyyəti ağır olaraq qalır.Qeyd edək ki, polislər tərəfindən şübhəli şəxs qismində saxlanılan Emin Bayramov əvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.