Bacısının "Facebook"dakı sevgilisini deşdi

Bacısının "Facebook"dakı sevgilisini deşdi

21 Avqust 2013 14:10
Bəyəndim (0) Bəyənmədim (0)
“Razborka”nın qanlı sonu

Bakı şəhərində "Facebook" tanışlığı qanlı sonluqla bitib. Bu gün Bakı şəhər Baş Polis İdarəsi paytaxt ərazisində baş vermiş bıçaqlanma ilə bağlı məlumat yayıb. İdarədən milli.az-a daxil olan məlumatda deyilir ki, avqustun 19-da Q.Qarayev prospektində Bakı şəhər sakini Orxan Tarverdiyev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Salman Salmanzadə tutulub.Qanlı hadisəyə yol açan səbəb məlum olub. Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsindən öyrəndik ki, S.Salmanzadəni əlini bıçağa atmağa vadar edən O.Tarverdiyevin onun bacısı ilə "Facebook"da yaranmış münasibətidir. Salman hadisədən əvvəl bacısının sosial şəbəkədə Orxanla danışdığını görüb. O, "Facebook"dan Orxanın əlaqə nömrəsini götürərək ona zəng edib, "razborka"ya çağırıb. Qara Qarayev prospektində görüşən zaman Salman özü ilə gətirdiyi bıçaqla Orxanın qarnına vurub. İki bıçaq zərbəsi alan Orxan ağır vəziyyətdə xəstəxanaya aparılıb.Bundan sonra Laçın rayonundan məcburi köçkün olan S.Salmanzadə tutularaq polisə gətirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.