Şəmkirdə 26 yaşlı oğlan qohumu tərəfindən bıçaqlanıb

Şəmkirdə 26 yaşlı oğlan qohumu tərəfindən bıçaqlanıb

21 Avqust 2013 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Şəmkir rayon Polis Şöbəsindən Apa-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Seymur Mehdiyev qohumu, 1987-ci il təvəllüdlü Elnar Cəfərovla mübahisə edərək onu bıçaqlayıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.