"Gecəni barda tanış olduğu qızla keçirib və oyananda otel otağında yalnız, pulsuz olduğunu görüb"

"Gecəni barda tanış olduğu qızla keçirib və oyananda otel otağında yalnız, pulsuz olduğunu görüb"

21 Avqust 2013 12:21
Bəyəndim (0) Bəyənmədim (0)
Pəhləvanın 200 min manatı oğurlandı

Avqustun 19-da Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evində baş verən oğurluq faktının üstü açılıb.Oxumeni.az xəbər verir ki, Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.Məlumatda bildirilir ki, həmin gün Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 9 ünvanında yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb.RPŞ-nin əməliyyatçılarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Q.Ramazanovun qohumu olduğu üzə çıxıb.Belə ki, ev sahibi Q.Ramazanovun əmisi oğlu olan 1987-ci il təvəllüdlü Ümid Nəsrullah oğlu Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb.Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb.Ü.Ramazanov ifadəsində oğurladığı pulun 80 min manatını artıq xərclədiyini bildirib.O, pulun 10 min manatını elə oğurluq etdiyi gecə tanımadığı bir qıza oğurlatdırdığını deyib. Onun sözlərinə görə, həmin gecə bara gedən Ümid gecəni burada tanış olduğu qızla keçirib və oyananda otel otağında yalnız və pulsuz olduğunu görüb.Qeyd edək ki, ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində "Pəhləvanlar" adlı kafe işlədir. Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvanlardır.

O.M.