Bakıda qıza sataşan cəlilabadlı bıçaqlandı

Bakıda qıza sataşan cəlilabadlı bıçaqlandı

21 Avqust 2013 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 37 yaşlı kişi naməlum səbəblərdən yaralanıb.Qanlı hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 177-də baş verib. Oxumeni.az xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər. Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Nəsirov Hüseyn Qulamhüseyn oğlu qarın nahiyəsindən deşilmiş bıçaq yarası alıb. O, ağır vəziyyətdə Kliniki Tibb Mərkəzinə çatdırılıb, hazırda xəstənin vəziyyəti çox ağır qiymətləndirilir, onu dindirmək mümkün deyil.Lakin cinayətin şahidi olmuş Nəsirovun dostu əməliyyatçılara bu faktla bağlı hansısa informasiyanı ötürə bilib. Onun sözlərinə görə, Nəsirovu yoldan keçən qız bıçaqlayıb – kişi qadına sataşırmış. "O Nəsirova yaxınlaşdı, çantadan bıçaq çıxardı və elə birbaşa onun qarnına soxdu", - şahid deyib. Lakin polislərin özləri bu əhvala o qədər də inanmırlar. Buna baxmayaraq, xəfiyyələr bütün istiqamətlər üzrə axtarışları davam etdirir və Nəsirovun ola bilsin qız haqqında əhvalatı uydurmuş dostundan da şübhələnirlər. Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.

O.M.