Gecə klubunda adam öldürən şəxs tutuldu

Gecə klubunda adam öldürən şəxs tutuldu

20 Avqust 2013 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

İki gün öncə Bakıda gecə klubunda qətl hadisəsi törədən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, avqustun 18-də Xəqani küçəsində Bakı şəhər sakinləri Səbuhi Şərəfov və Orxan Cümşüdov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S. Şərəfov aldığı bıçaq xəsarətlərindən həmin gün xəstəxanada dünyasını dəyişib.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev tutulub.Qeyd edək ki, qətl hadisəsi "Troya" gecə klubunda qeydə alınıb. Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Səbuhi Eldar oğlu Şərəfov naməlum şəxs tərəfindən bıçaqlanıb.S. Şərəfov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.Hazırda qətli törədən şəxsin tapılması istiqamətində iş aparılır.

O.M.