Bıçağı qadının ayaqlarına sürtərək, kəsəcəyini bildirib...

Bıçağı qadının ayaqlarına sürtərək, kəsəcəyini bildirib...

20 Avqust 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda kişi gənc qadını zorladı

Bakı şəhərində gənc qadın ölümlə hədələnərək zorlanıb.Oxumeni.az xəbər verir ki, məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan 22 yaşlı R.Ə. Suraxanı rayon Prokurorluğuna təcavüz edilməsi ilə bağlı şikayət edib. Prokurorluqdan bildirib ki, gecə saat 04 radələrində Tural Rəsulov qadını ofisiant işlədiyi Binə qəsəbəsindəki kafedən Südçülük sovxozundakı evə gətirib. Evdə bıçaqla hədələyərək cinsi əlaqədə olmaq istəyib. Etiraz etdikdə isə bıçağı onun ayaqlarına sürtərək kəsəcəyini bildirib.Bundan sonra qorxudan təslim olan qadınla cinsi əlaqədə olub. Bundan sonra qadın azyaşlı uşağının evdə tək olduğunu deyərək sərbəst buraxılmasını istəsə də, Tural icazə verməyib.Səhərə yaxın Turalın bıçaq əlində yuxuya getməsindən istifadə edən R.Ə. evdən qaçaraq prokurorluğa üz tutub.Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./milli.az/

O.M.