Azərbaycanda ölən adam həbsdə saxlanıldı

Azərbaycanda ölən adam həbsdə saxlanıldı

17 Avqust 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır xəstəliklərdən əziyyət çəkən və ötən gün dünyasını dəyişən məhbus Dadaşov Ruslan Hüseynağa oğlu ilə bağlı vəkili Cavanşir Süleymanov apelyasiya məhkəməsinin çıxardığı qərardan şoka düşüb.

"Qafqazinfo"ya bu barədə məlumat verən vəkil bildirib ki, Hepatit C, QİÇS və qaraciyər serrozundan əziyyət çəkən məhbusun səhhəti ilə bağlı Səbail Rayon Məhkəməsinə vəsatət verilib. Lakin məhkəmə sədri Famil Nəsibov məhbusun həbsdən azad olunmamasına qərar verib: "Daha sonra qərardan şikayət edərək apelyasiya şikayəti verdik. Lakin məhbusun səhhətinin ağır olmasına baxmayaraq, şikayətimiz qəbul olunmadı. Apelyasiya şikayətindən bir gün sonra məhbus Ruslan Dadaşov dünyasını dəyişdi. Hazırda həmin şəxs həyatda yoxdur. Ən qəribəsi də odur ki, bu şəxs həyatda yoxdur, apelyasiya məhkəməsi isə qərarını hələ də qüvvədə saxlayır. Mən indiyə qədər belə bir məhkəmə qərarı görməmişdim".

O.M.