Paytaxtda 35 yaşlı qadını yolun ortasındaca...

Paytaxtda 35 yaşlı qadını yolun ortasındaca...

16 Avqust 2013 11:44
Bəyəndim (0) Bəyənmədim (0)
Qadın vəhşicəsinə döyülüb

Ötən gecə saat 22:30 radələrində Bakının Binəqədi rayonunda 35 yaşlı qadın təcavüzə məruz qalıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 7-ci mikrorayonda 1978-ci il təvəllüdlü Mülkiyyə Musayeva küçənin ortasında qəfil hücuma məruz qalıb. Naməlum şəxs ona hücum çəkib və onu vəhşicəsinə döyüb. Qadın kəllə-beyin travması ilə bağlı xəstəxanaya yerləşdirilib.Hazırda qadının kim tərəfindən və nə səbəbdən döyüldüyü araşdırılır.

O.M.