Amansız qətlin təfərrüatı: “Yoldaşım dedi ki, evdə adam var, lakin...”

Amansız qətlin təfərrüatı: “Yoldaşım dedi ki, evdə adam var, lakin...”

15 Avqust 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanın qətlinin təfərrüatları məlum olub. Milli.az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən vaxt E.Dadaşova həyat yoldaşı ilə mobil telefonla danışırmış. Elmira xanım A.Dadaşova evdən səs gəldiyini deyib.

Lakin həyat yoldaşı heç nədən şübhələnməyərək qonşu ustaların olduğunu ehtimal edib. Elə həmin an evə girən cinayətkarlar qadını amansızlıqla qətlə yetiriblər. Hadisə yerinə gələnə kimi qadın qan içərisində olub. Ağır vəziyyətdə 2 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlər E.Dadaşovanın bədənində 15-ə yaxın bıçaq zərbəsi aşkarlayıblar.

Abşeron Rayon Polis Şöbəsindən isə bildirilib ki, qətli törədən şəxslər hələlik tutulmayıblar. Evdən oğurluq edilməsi də məlum deyil.

Qeyd edək ki, ötən gün saat 11:00 radələrində Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Xəlilqızı yaşadığı Hökməli qəsəbəsindəki evində qətlə yetirilib.

Evin dəmir barmaqlıqlarını sındıran naməlum şəxslər evə girərək E.Xəlilqızını bıçaqla öldürüb. Hadisənin tamah məqsədilə törədildiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Onu da əlavə edək ki, A.Dadaşov "Ülfət" qəzetinin baş redaktoru olub.

O.M.