Tanışların mübahisəsi ölümlə nəticələndi

Tanışların mübahisəsi ölümlə nəticələndi

15 Avqust 2013 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Səbail rayonunda ağır cinayət baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Badamdar qəsəbəsində 1988-ci il təvəllüdlü Babək Bayram oğlu Əsgərov tanışı 1972-ci il təvəllüdlü Natiq Cəmil oğlu Əşrəfova çoxsaylı bıçaq zərbələri vurub. Nəticədə N.Əşrəfov ölüb. Hadisənin mübahisə zəmnində baş verdiyi bildirilir.Belə ki, Natiq Əşrəfov tanışı Babək Əsgərovla mübahisə edib. Yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Davanın sonu isə qanla yekunlaşıb. Hadisəni törədən Babək şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

O.M.